27 Dekabr 2015 00:29
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ"" bu ilin ən yaxşı qolunu seçmək üçün rəsmi "Facebook" səhifəsində sorğu keçirir.

2015-ci ilin ən yaxşı qoluna namizədlər aşağıda adları qeyd olunanlardır:

1. Cavid Hüseynov - Avropa Liqası I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanda "Dinamo"nun (Tbilisi, Gürcüstan) qapısına vurulan qol.

2. Sergey Zenyov - Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Çukariçki"nin (Serbiya) qapısına vurduğu ikinci qol.

3. Luis Hilario Dodo - Avropa Liqasının play-off mərhələsinin cavab oyununda Yunanıstanda "Panatinaikos"un qapısına vurduğu ikinci qol.

4. Aleksey Antonov - Azərbaycan Premyer Liqası 2015-2016 mövsümünün 12-ci turunda "İnter"in (Bakı) qapısına vurulan qol.

5. Asif Məmmədov - Avropa Liqası I təsnifat mərhələsinin cavab oyununda Qəbələdə "Dinamo"nun (Tbilisi, Gürcüstan) qapısına vurulan ilk qol.


Azarkeşlər seçimlərini bəyəndikləri qola imza atan futbolçunun adını klubu "Facebook" səhifəsində şərh bölümünə yazmaqla bəyan edə bilərlər. Seçim 2016-cı il yanvarın 5-nə kimi davam edəcək.



Müəllif: