8 Fevral 2016 11:31
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Olimpiya Komitəsinin (MOK) qərarına əsasən, 2016-cı ildə Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında amerikalı idmançılar istirak etməyə bilərlər.

MOK hesab edir ki, Zika virusuna yoluxmaqdan ehtiyat edən idmancıların və əməkdaşların Olimpiadaya qatılmamaq haqları var.

BBC-nin məlumatına əsasən, Latın Amerikasında geniş vüsət almış Zika virusu 1947-ci ildə Uruqvayda tapılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zika virusu ilə əlaqələndirilən xəstəliyin birləşmiş cavab tələb edən qlobal təhlükə daşıdığı barədə xəbərdarlıq edib.

Hazırda bu virusun yayılmasını alimlər tarixdə ən geniş yayılma adlandırırlar. ÜST-ün məlumatına görə, Cənubi, Mərkəzi və Şimali Amerikada üç-dörd milyon insan bu virusa yoluxa bilər.

Bir çox digər tropik xəstəliklərdən fərqli olaraq, Zika virusunun qarşısının alınması üçün indiyədək heç bir vaksin və ya dərman yaradılmayıb. Bu infeksiyaya yoluxmuş körpələr lazımınca inkişaf etməmiş beyinlə doğulur.

ÜST Zika virusunu Ebola ilə eyni narahatlıq kateqoriyasına salır.(Trend)


Müəllif:

Oxşar xəbərlər