Argentinanın “Urakan” futbol klubunu daşıyan avtobusun aşması dünya mətbuatının diqqət mərkəzindədir.
Publika.az xəbər verir ki, qəzada xəsarət alanlarla bağlı yeni xəbər var. Futbolçulardan biri Patrisio Toranso 4 ayaq barmağını itirib. 33 yaşlı təcrübəli yarımmüdafiəçi Buenos-Ayresdə əməliyyat olunub. Onun həyat yoldaşı qorxur ki, bu qəza ərinin karyerasına son qoya bilər.
Xatırladaq ki, Libertadores kubokunda “Karakas” – “Urakan” oyunundan (1:2) sonra qonaqlar Venesuela hava limanına yollanarkən avtobus aşıb.
Patrisio Toranso son mövsümdə 25 oyun keçirib və 3 qol vurub. Yeni mövsümdə isə yalnız 1 dəfə meydana çıxmışdı.