20 Fevral 2016 17:57
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın eks baş məşqçisi Rafael Benitez müqavilənin birtərəfli qaydada pozulması üçün nəzərdə tutulumuş kompensasiyadan məhrum oluna bilər. Buna ispan mütəxəsisin susmaq barədə bəndi pozması səbəb olub.

Teleqraf.com goal.az-a istinadən xəbər verir ki, "Roma" - "Real" qarşılaşmasından əvvəl (0:2) "BT Sport" kanalında qonq olan Benitez istefası barədə danışmışdı. Bununla da, təcrübəli məşqçi 2016-cı ilin iyuluna kimi istefa səbəbləri haqqında danışmamaq bəndini pozub. Yanvarın 4-ü istefaya göndərilən Benitezə kompensasiya kimi 4 milyon avro ödənilib. Əgər "kral klubu" ona yanvarın 15-dən sonra qapını göstərsəydi, 3 illik müqavilənin tam təzminatını ödəməli olacaqdı.

Qeyd edək ki, Madrid klubunun keçmiş çalışdırıcıları Joze Mourinyo və Karlo Ançelottinin də müqaviləsində oxşar müddəa yer almışdı.


Müəllif:

Oxşar xəbərlər