14 Mart 2016 21:54
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aktında onlarla insan həyatını itirdi. Türkiyə millisinin və "Barselona"nın futbolçusu Arda Turan şəxsi "instaqram" hesabında terroru pisləyən açıqlama yayıb.

Türkiyəli futbolçu dünya ölkələrindən Türkiyədəki faciəyə digər ölkələrdə baş vermiş terror hadisələriylə eyni münasibəti göstərmələrini tələb edib:

"İndi bizim kədərimizi paylaşmağın vaxtıdı. Bütün dünyaya səslənirəm. Bu, sadəcə bizim yox - sənin, mənim, hamımızın problemidi. Artıq terrora qarşı bir olmağın vaxtıdı. Biz bu günə kimi dünyada torpağa düşən hər can üçün göz yaşı tökdük. Sizin ərazilərdə olan faciələrə sizlərlə bərabər kədərləndik. İndi həmişə fəxr etdiyiniz mədəniyyəti nümayiş etdirin və ayağa qalxın. İnsanın dəyərini onun yaşadığı coğrafi ərazi müəyyənləşdirmir. Biz sizin kədərinizdə əlimizi uzatdıq, birlikdə ağladıq. İndi mənim ölkəmdə heç tanımadığınız analar, atalar, uşaqlar ağlayır. Etirazınızı indi də bildirin. Mən Türkiyə vətəndaşı olaraq bunu gözləyirəm. Hamımız gözləyirik. Çünki bu, sadəcə, bizim kədərimiz deyil. Terror sadəcə, bizim terrorumuz deyil".


Müəllif:

Oxşar xəbərlər