Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.
Fransa millisi mayın 5-də start götürəcək yarışda iştirak hüququ qazanıb.
Komanda elit-raundun 6-cı qrupunda Yunanıstanın ardından İslandiyanı da məğlub edib. Bununla da 2 turdan sonra 6 xal toplayan Fransa ən yaxın izləyicisi Avstriyanı 4 xal geridə qoyub və son turun nəticəsində asılı olmayaraq, qrup liderliyini təmin edib.
Qeyd edək ki, bundan əvvəl Danimarka, Serbiya, Ukrayna, İngiltərə, Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.