23 Aprel 2016 17:05
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın hücumçusu Kriştiano Ronaldo La Liqanın XXXV turunda bu gün səfərdə "Rayo Valyekano" ilə görüşdə komandasına kömək edə bilməyəcək. Bu barədə Madrid klubunun baş məşqçisi Zinəddin Zidan məlumat verib:

"Ronaldonun ciddi bir zədəsi yoxdu. Amma o, "Rayo Valyekano" ilə matçda oynamayacaq. Gərək Kriştianonu bir az ehtiyatda saxlayaq. O, bilir ki, növbəti matçda oynaya bilməyəcək. Ronaldo meydana buraxmağa üstünlük verərdim. Amma evdə qalmalıdı.

Hətta final matçı olsaydı belə, Ronaldonu oynatmazdım. Risk çox böyükdü. Biz çərşənbə axşamı haqda fikirləşirik. "Mançester Siti" ilə matç yaxınlaşdıqca, onun vəziyyətini qiymətləndirəcəyik".

"Rayo Valyekano" - "Real" matçı bu gün Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.//dsport.az


Müəllif: