Transferlərə külli miqdarda vəsait xərcləyən İspaniya nəhəngi "Real" futbol tarixinin növbəti ən bahalı transferini həyata keçirməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, Kriştianu Ronaldo (94 milyon avro), Qaret Beyl (91 milyon avro) və Zinəddin Zidanın (70 milyon avro) transferləri ilə bu sahədə ilk üç pilləni özündə saxlayan “qalaktikos” bu dəfə "Liverpul"un hücumçusu Luis Suaresi heyətinə qatmağı planlaşdırır.
Təxminən bir ay əvvəl "Liverpul"a 85 milyon avroluq təklif göndərən, ancaq müsbət cavab ala bilməyən "Real" Premyer Liqanın bombardirinə 110 milyon avro təklif etməyi düşünür. Suares "Real"a transfer olunacağı təqdirdə həftəsinə 327 min avro qazanacaq.
Madrid təmsilçisi bu məbləği qarşılamaq üçün Alvaro Morata, Fabio Koentrao, Sami Hedira kimi futbolçuları satışa çıxarmağı düşünür.