Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi aprelin 27-si ilə müqayisədə dəyişməyərək 1,7025 manat təşkil edib.
Rusiya rublu da aprelin 27-si ilə müqayisədə dəyişməyərək 0,0299 manat səviyyəsində qərarlaşıb.
Avro isə manata nisbətən ucuzlaşaraq 1,8495 manat olub.
1 türk lirəsi 0,4774 manat, Gürcüstan larisi 0,6957 manatdır.