Bunu xaric kreditorlarla görüş zamanı "White&Case" şirkətinin nümayəndəsi, ABB-nin hüquq məsləhətçisi Yan Klark deyib.
Onun sözlərinə görə, bununla bağlı təkliflər kreditorların 2/3 hissəsinin dəstəyinin alınması üçün iyul ayının 13-ü səsverməyə çıxarılacaq. Daha sonra bu təkliflər yekun qərar üçün Azərbaycanda məhkəməyə göndəriləcək.
Qeyd edək ki, bu gün Londonda ABB-nin xarici kreditorlarla görüşü keçirilir. Görüşdə bankın əsas səhmdarı olan Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifov iştirak edir.
/Trend/