2017-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9868,5 milyon manat və ya əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, vəsaitin 5969,9 milyon manatı neft sektoruna, 3898,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
İstifadə olunmuş vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1117,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,0 faizini təşkil edib.