3 Fevral 2018 17:24
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın strateji valyuta ehtiyatları 2017-ci ilin əvvəlinə nəzərən 4,2 mlrd. ABŞ dolları artaraq bu ilin əvvəlinə 42 mlrd. dollar təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ilin yekunları ilə bağlı iclasda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə hesabat ilində 34% artaraq 2018-ci ilin əvvəlinə 5,3 mlrd. dollara çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər