3 İyul 2020 18:33
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya səbəbilə baş verən hadisələr iqtisadi artıma təsir etdi.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Pandemiya səbəbilə ümumdünya iqtisadiyyatında da tənəzzül gözlənilir. Bu gün Azərbaycan dünya iqtisadiyyatının bir parçası olduğuna görə iqtisadi itkilər bizə də təsir göstərdi.

İqtisadiyyatımızda işsizliyin azaldılması üçün tədbirlər görülür. 190 manat birdəfəlik müavinət işsiz qalmış insanlara verilir və bu proses davam edəcək".

O qeyd edib ki, ilin sonuna böyük itkilər ehtimal olunur: "Bu gün neftin qiyməti dəyişkəndir. Təbii ehtiyatlarımızın azalması ehtimalı yoxdur. Ümid edirik ki, Azərbaycan qısa müddətdə tənəzzüldən çıxaraq əvvəlki iqtisadi inkişafına qayıdacaq".


Müəllif: Aysel Azad