Dövlət Neft Şirkətinin (ARDNŞ) “Tullantıların İdarə Olunması Planı”nın icrası ilə əlaqədar idarə və müəssisələrin istehsalat sahələrində işçilərin maarifləndirilməsi məqsədi ilə tullantıların idarə olunması mövzusunda təqdimat və aksiyaların keçirilməsi davam edir.
ARDNŞ-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ekologiya İdarəsinin Ekoloji ölçmə və tullantıların idarə olunması Departamentinin mütəxəssisləri tərəfindən “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ, Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinin və Qaz anbarları istismarı idarəsinin əməkdaşları üçün tullantıların idarə olunması üzrə təqdimatlar keçirilib. Maarifləndirici tədbirlər Bazel Konvensiyasının müddəalarına uyğun olaraq tullantıların risk dərəcəsinə görə təsnifatı, təhlükəlilik dərəcəsi, tullantıların daşınmasına nəzarət, müvəqqəti saxlanması qaydaları və digər mövzuları əhatə edib. İstehsalat sahələrində formalaşan tullantıların emalı, zərərsizləşdirilməsi və utilizə edilməsi üçün dünyada tətbiq olunan texnologiyalar, qurğu və avadanlıqlar barədə geniş məlumat verilib.
Müasir dövrdə enerji və xammal mənbələri hesab edildiyindən tullantıların növlər üzrə çeşidlənməsi və təkrar emalı sahəsində ARDNŞ-də, eləcə də respublikamızın digər idarə və şirkətlərində aparılan işlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naibə