Fransa pandemiya dövründə müəssisələrə dövlət yardımının sona çatdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Maliyyə naziri Bruno Le Maire açıqlayıb.
Nazir fransız sahibkarlarla görüşdə pandemiya dövründə edilən yardımlar sayəsində iqtisadiyyatın qorunduğunu ifadə edib: “İşçiləri qoruduq. 1930-cu illərdəki kimi siyasi böhrana səbəb olacaq bir işsizlik dalğasının qarşısını aldıq.
Hələ də qüvvədə olan məhdudiyyətlərə baxmayaraq, istehlak xərclərinin artması sayəsində Fransa iqtisadiyyatı normal qaydadadır. Məqsədimiz Fransanı 2021-ci ilin sonuna qədər pandemiyadan əvvəlki iqtisadi artım səviyyəsinə qaytarmaqdır”.