İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter hesabında yazıb.
"Səudiyyə Ərəbistanının su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkəti ilə görüşümüzdə Azərbaycanın zəngin bərpa olunan enerji resurslarına malik olduğunu vurğuladıq, külək elektrik stansiyalarının tikintisi, suyun duzsuzlaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi apardıq", - o qeyd edib.