17 Noyabr 2014 15:27
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

01 oktyabr 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,380.7 milyon ABŞ dolları (5,005.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil edib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Borc vəsaitlərinin 7.4%-i 10 ilə qədər, 61.3%-i 10 ildən 20 ilə qədər, 31.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

01 oktyabr 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 63.7 faiz, avro – 21.7 faiz, yapon yeni – 2.2 faiz, İslam dinarı – 0.8 faiz, Səudiyyə rialı – 0.5 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Küveyt dinarı – 0.2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər