11 İyun 2022 15:35
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR bu ay Rusiya ilə Azərbaycan arasında Bakı-Novorossiysk xəttindən neft ixrac etməyəcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, ixracın Türkiyə ilə Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə həyata keçiriləcəyi bildirilir.

Məlumata görə, SOCAR iyunda bu xətlə ixrac etməyi planlaşdırdığı 85 min ton xam nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edəcək.

Qeyd edək ki, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə son günlərdə neft ixracının Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınacağına dair mesaj vermişdi: “AÇG-dən ixrac edilən neftin 628 milyon tonunun Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəqli həyata keçirilib ki, onun da mayın 1-nə 458 milyon tonu Türkiyədən keçib”.


Müəllif: Yeganə Oqtayqızı