11 Aprel 2023 18:18
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya fevral və mart aylarında İrana 30 min tona qədər benzin və dizel tədarük edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ixrac məlumatları ilə tanış olan iki mənbə “Reuters” agentliyinə bildirib.

Mənbənin sözlərinə görə, bu il daimi müştərilər Rusiyadan imtina etdikdən sonra bu ölkə İrana yanacaq daşımağa başlayıb. Bildirilib ki, Rusiyadan İrana bütün daşımalar Qazaxıstan və Türkmənistan üzərindən dəmir yolu ilə həyata keçirilir. Benzinin bir hissəsi yük maşınları ilə İran üzərindən qonşu ölkələrə, o cümlədən İraqa çatdırılıb.

Digər mənbə iki ölkə arasında ticarəti təsdiqləsə də həcm barədə məlumat verməyib.

Məqalədə qeyd olunub ki, Qərb dövlətlərinin sanksiyalarına məruz qalan İran və Rusiya ədalətsiz saydıqları sanksiyaların təsirini yumşaltmaq üçün bir-birləri ilə əlaqələri gücləndirirlər.

İllərdir məruz qaldığı sanksiyalara görə İranın qlobal bazarlara tam çıxışı yoxdur.

İran və Rusiyanın energetika nazirləri sualları cavablandırmayıblar.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər