Dünya Bankı zəlzələdən zərər çəkmiş ərazilərdə kənd yaşayış məntəqələrinin və əsas kommunal xidmətlərin bərpasına kömək məqsədilə Türkiyəyə 1 milyard dollar maliyyə yardımı ayırıb.
Teleqraf.com xəbər verir ki, layihə zəlzələdən ən çox ziyan çəkən və təxminən 14 milyon insanın yaşadığı 11 əyaləti əhatə edəcək.