2024-cü ilin noyabrında Azərbaycan vətəndaşları Türkiyədə 74 ev alıblar. Bu rəqəm 2023-cü ilin oktyabrında 65 mənzil təşkil edib.
Teleqraf.com xəbər verir ki, 2024-cü ilin 11 ayında Azərbaycan vətəndaşları Türkiyədən 756 ev satın alıblar. Ötən il bu rəqəm 780 ev təşkil edib.
Əcnəbilərə mənzil satışı yanvar-noyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,1% azalaraq 21 min 363 ev təşkil edib. Noyabrda isə illik azalma 8,2% faiz təşkil edib.
Qonşu ölkədən ev alanların siyahısında ilk üçlüyə Rusiya, İran və Ukrayna daxildir.