19 Dekabr 09:23
279
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,2 saat təşkil edib.

Teleqraf.com Statistika Komitəsinə istinadən xəbər verir ki, bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində daha yüksək olub. Bu sahədə orta aylıq işlənmiş iş saatları 156,1 saat təşkil edib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi reytinqdə ikinci sırada yer alıb. Sektorda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 154,6 saat olub.

Ümumilikdə dekabrın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 310,2 min nəfər olub. Onlardan 5 milyon 27,6 min nəfərini məşğul əhali təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər