19 Dekabr 09:56
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2024-cü ilin ilk 11 ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər illik müqayisədə 7 min 319.4 manat təşkil edib. Bu da hər aya ortalama 609 manat təşkil edir.

Teleqraf.com Statistika Komitəsinə istinadən bildirir ki, əhalinin nominal gəlirləri ümumilikdə 74 milyard 670.8 milyon manat olmaqla keçən ilin eyni dövrünü 6.3 faiz üstələyib.

Nominal gəlir dedikdə, gəlirin real dəyəri deyil, cari qiymətlərlə ifadə olunan məbləği nəzərdə tutulur. Məsələn, inflyasiya nəzərə alınmadan, əmək haqqı, sahibkarlıq gəlirləri və digər mənbələrdən əldə olunan vəsaitlər nominal gəlirə daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər