2014-cü ilin yekunu üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 29,28 milyard manatı ötüb. 2013-cü ilin yekunu üzrə bu göstərici təqribən 28,31 milyard manat təşkil edib. Bu barədə ARDNF-nin hesabatında deyilir.
Hesabatın auditorluğu "PriceWaterhouseCoopers Audit Azerbaijan" tərəfindən aparılıb.
Hesabata əsasən, aktivlərin ümumi həcmindən 25,62 milyon manat cari aktivlərin, təqribən 3,66 milyard manat isə uzunmüddətli aktivlərin payına düşüb. 2014-cü ildə Fonda 12,73 milyard manat (proqnozlaşdırılan 11,63 milyard manata qarşı) daxil olub. Ötən il Fondun xərcləri büdcədə yerləşdirilmiş 10,6 milyard manata nisbətdə 10,1 milyard manatı ötüb.
2014-cü il dekabrın 31-nə olan vəziyyətə görə, Fondun investisiya portfelinin 55,97 faizi dollar (2013-cü ildə 49,45 faiz), 35,49 faizi avro (2013-cü ildə 41,6 faiz), 4,35 faizi isə funt-sterlinqdə (2013-cü ildə 4,47 faiz) ifadə olunub.