Azərbaycanda qızıl hasilatı sahəsində fəaliyyət göstərən “Anglo Asian Mining plc” şirkəti bu ilin avqust ayında yeni “Qədir” yatağında qızıl hasilatına başlayıb.
Teleqraf.com-un məlumatına əsasən, bu barədə şirkətin saytında xəbər verilir.
Məlumatda deyilir ki, bu vaxta kimi “Qədir” yatağında 3 min ton filiz hasil olunub. Xam məhsul sonrakı emal üçün yuyulma zavoduna göndərilib. Yataqda əsas işlər isə avqust ayında başlayacaq.
Yeraltı “Qədir” yatağı “Gədəbəy” yatağının 1 kilometrliyində yerləşir.