16 İyul 2016 14:41
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə onu tənqid edən bəzi İnstaqram istifadəçilərinin “cavab”ını verib.

Teleqraf.com xəbər verir ki, müğənni sosial şəbəkədə onun çəkisinin azlığı, saçlarının nazikliyi, səsinin olmaması və şortik geyinməsini tənqid edən izləyicilərə geniş bir status həsr edib:

“Mənim çəkimə düşmək üçün iradə, dözüm, səbir lazımdır. İkinci, mənim saçım anadan gəlmə belə seyrəkdi və yaşımı bilmək istəyirsinizsə buyurun: 05.25.79. İndi özünüz hesablayın. Bəs, neyləyək? Bütün günü yemək yeyib sizin qarşınıza üç-dörd mərtəbə çıxaq? O ki, qaldı mənim geyimimə…Şortik geyinmək ayıbdırsa, siz geyinməyin. Mənim səsim olmasa, əlimə mikrofon almaram, ikinci də bu sizinlə paylaşdığım musiqilər məşqdəndir, orda olan aparat sizin istədiyiniz keyfiyyəti verə bilməz.

Məni istəyən də, istəməyən də sağ olsun, var olsun. Sadəliyim, təmizliyim, insanlığım yol vermir ki, sizin qəlbinizə dəyim”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər