Yenicə ailə quran əslən azərbaycanlı türk aktrisa Şəbnəm Hassanioughin yeni serialı bəlli olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa Halit Ergenc və Bergüzar Korelin baş rolu paylaşdıqları “Vətən xaini” serialında rum əsilli bar müğənnisi obrazını canlandıracaq.
Cənubi azərbaycanlı vəkil bir atanın qızı olan Şəbnəm Hassanioughi 1985-ci ildə İstanbulda doğulub. Mimar Sinan Gözəl Sənətlər Konservatoriyanın teatr bölümündən məzun olan aktrisa uzun illər kino, serial sektorunda fəaliyyət göstərsə də daha çox “Poryaz Karayel”də yaratdığı Begüm obrazı ilə məşhurlaşıb.
Pərvin