8 Avqust 2016 12:41
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxan Türkiyədə “Demokratiya və Şəhidlər” mitinqində iştirak edib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan mitinqdə Türkiyənin tanınmış simaları ilə bir araya gəlib. O, bu haqda instaqramda yazıb: “Qadaş ölkədə birlik nümayiş etdirdik. Çox sevindim ki, bu birlikdə, əl-ələ idik. Bütün ulduzlar və 6 milyona yaxın insan çiyin-çiyinə dayandı. Mənzərə möhtəşəm idi. Bayraqlar arasında Azərbaycanın bayrağını görmək şərəf oldu. Allah bizləri bəladan uzaq etsin! Ən yadda qalan dəqiqə İbrahim Tatlısəsin əlimi tutub: “Mahnılarını göndər, mən də qulaq asım” deməsi idi.

Məni İbrahim Tatlısəsə Özcan Dəniz təriflədi. Nə gizlədim, çox xoş oldu!”

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər