18 Avqust 2016 13:43
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə illərdir küsülü olduğu həmkarı Faiq Ağayevi müdafiə edib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə sosial şəbəkədə həmkarının ünvanına bu sözləri yazıb: “Görün insanı nə dərəcəyə çatdırırlar ki, o da təhqirə keçmək məcburiyyətində qalır. Niyə bəzi insanlar sənət adamlarına düşmən kəsilir? Ömür boyu sizə təmənnasız xidmət etmişik, özəl günlərinizdə sizi şənləndirmişik. Daha sizlər üçün nə etməliyik?

Bizdən əl çəkin! Əgər bəziləri həyatda şanssız və bədbəxt yaranıblarsa, onun günahkarı biz deyilik. Yenə deyirəm, bu sözlər hamıya şamil olunmur. Sözümü qəribçiliyə salmayın! Sənət yoldaşım Faiq Ağayevi anlayıb, ona səbr arzu edirəm. İndi bəzi qıjılar və fahişələr fikir bildirirlər”.

Xalq artisti Faiq Ağayev sosial şəbəkə istifadəçiləri haqqında bu sözləri yazıb: “Bədbəxt, istifadə olunmamış fahişələr, tanınmamış “dahi siyasətbazlar" “canalar”, “lyakalar”, “qaqaşlar” və axmaq ənənəçilər, “qıjı” və “vətənşüvənlər” sizinlə əyləncəli və şəndir”.

Aylin


Müəllif:

Oxşar xəbərlər