6 Sentyabr 2016 17:05
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Sanəliyeva qan xərçənginə yoluxan rejissor Şahin Zəkizadəyə dəstək olub.

Teleqraf.com xəbər verir ki, müğənni sosial şəbəkədə rejissora və həyat yoldaşı Səbinə Allahverdiyevaya səbr arzulayıb: “Əziz dostum, əziz insan, dəyərli rejissor Şahin Zəkizadə, bu həyat sınaqlarla doludur. Səbr et, şükr et, dua et. Allah rəhmlidir, ədalətlidir, bağışlayandır, səni ailənə bağışlayacaq. Tez bir vaxtda Allah şəfanı versin. Ailənə səbr, güc diləyirəm. Hər zaman yanındayam”.

Pərvin


Müəllif: