15 senytabr Bilik Günüdür. Bu gün adi vətəndaşlarla yanaşı məşhurların övladları da məktəb həyatına başlayırlar.
Əməkdar artist Röya Ayxanın oğlu Hüseyn ikinci sinfə gedir. Müğənni oğlunu sosial şəbəkədə təbrik edib: “Gözümün nuru 2-ci sinfə qədəm qoydu”.
Aparıcı İlkin Həsəninin bacısı qızı Nigar da birinci sinfə gedənlər sırasındadır: “Dayı-bala birinci sinfə gedirik. Nigarım birinci sinfə getdi”.
Müğənni İradə İbrahimovanın qızı İpək Türkiyədə məktəbə gedir: “Allah bütün övladlarımızın yolunu açıq, şanslarını bol eləsin! 1 A sinifi - İpək İzər!”.
Xalq artisti Məleykə Əsədovanın qızı Gülər 6-cı sinifə keçib: “Tədris ilinin başlanması münasibəti ilə mənə yaşamaq eşqi verən qızımı və qızımın simasında bütün balalarımızı təbrik edirəm”.
Aparıcı Turan İbrahimovun oğlu paytaxt məktəblərinin birində birinci sinfə gedir.
Əməkdar artist Xalidə Quliyeva nəvəsi Sürəyyanı birinci sinfə yola salıb: “Sürəyyam-uduzum, fəxrimiz, sevincimiz, qürurumuz, fərəhimiz! İlk məktəb günün, ilk addımın mübarək! Elm dünyasında ulduz kimi parla. Təhsil illərin uğurlu olsun, valideyinlərinə xoşbəxtlik və sevinc bəxş edəsən! İlahi, arzularımızdan biri həyata keçdi. Çox şükür!”
Aparıcı Aytən Səfərovanın qızı 5-ci sinfə gedib: “Balam 5-ci sinfə getdi. Bütün balalara yeni dərs ilində uğurlar, iti zəka və sağlamlıq arzu edirəm. Uca Allah valideyn istisi, ata dayağı və ana nəvazişindən məhrum olan bütün körpələrə də yardım etsin, yolları açıq, həyatları firavan olsun”.
Rəqsanə