Son günlər həyat yoldaşının kimliyinin müzakirəsi ilə gündəmdə olan müğənni Şəbnəm Tovuzlu əsəbiləşib.
Teleqraf.com xəbər verir ki, müğənni instaqram hesabında bu mövzunun gündəmə gətirilməsində bəzi insanların əli olduğunu yazıb: “Mənim gözəl ailəm, həyat yoldaşım var. Yaxında da ikinci dəfə ana olacam. Maraqlıdır ki, yoldaşımın kim olması bəzi insanlar üçün niyə bu qədər maraqlıdır. Nə üçün onu tanımağa can atırlar. Bəzi agentlər mətbuatda qalmaqal yaradır, bu işdə nə maraqları var? Biz mehriban və xoşbəxtik. Rahat olun. Min ad yazdılar, özləri də bilmirlər nə etmək istəyirlər. Sadəcə gülürəm və deyirəm ki, təki bəzilərinin gözü mənim gözəl ailəmdə olsun.
Mən yoldaşımı uzaq tutduqca bunlar onu tanımağa çalışırlar. Buna da icazə vermirəm. Bu insanın özünün də heç kəs marağında deyil, çox sənətçiləri tanımır da. Onun üçün Şəbnəm Tovuzlu var”.
Pərvin