Məşhur müğənni Madonnanın İsrail bayrağıyla Argentina bayrağını səhv salması hamını təəccübləndirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, müğənninin İsrail prezidenti Şimon Peresin ölümüylə bağlı sosial şəbəkədə paylaşdığı fotoya əlavə etdiyi Argentina bayrağı diqqət çəkib.
Şimon Peresi sülhün simvolu kimi təqdim edən Madonnanın bu səhvi uzun müddət müzakirə mövzusu olub.
Şimon Peres sentyabrın 28-də, 94 yaşında Təl-Əvivdə vəfat edib.
Pərvin