İdmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda jurnalist Əfruzə Ağayeva məlumat verib.
Şikayətçi bildirib ki, K. Zeynallı onu instaqram hesabında təhqir edib və xanım jurnalist həmin gün polisə müraciət edib.
Ə.Ağayeva müraicətinin ardınca Nəsimi rayon Polis Şöbəsində izahat yazıb. Bundan sonra idmançı şöbəyə çağırılıb və ifadəsi alınıb.
Məsələ ilə bağlı jurnalistin vəkili Vüqar Səfərli bunları deyib: “Jurnalist Əfruzə Ağayeva özü Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edib və izahatını verib. Mən işin məhkəmə tərəfində jurnalistə kömək olacam. Kamil Zeynallının hansı ifadəsini verdiyini qeyd edə bilmərik. O ki qaldı Əfruzə Ağayevanın tələbinə... Əfruzə xanım şərəf - ləyaqətin müdafiəsi və onun ünvanına Kamil Zeynallı tərəfindən edilən təhqir söyüş xarakterli məlumatların ( yazıların) təkzib edilərək, onun tərəfindən müvafiq olaraq instaqram hesabında və KİV -də üzr istəməsi tələbi ilə məhkəməyə müraciət edib.
Bu xüsusatı da vurğalamaq istəyirəm ki, Kamil Zeynallı Əfruzə Ağayevanın mobil nömrəsinə hədə-qorxu dolu mesajlar yazaraq onu təhdid etmişdir. Buna görə də, hazırda jurnalist Əfruzə Ağayevanın həyat və sağlamlığı ciddi təhlükədədir. Onsuz da xanım kifayət qədər stress içindədir və hal-hazırda həkim nəzarətindədir”.