“Qalatasaray”ın futbolçusu: “Alt paltarında şəklini göndər, pozacam”.
Türkiyənin “Qalatasaray” klubunun ulduz futbolçusu Bruma şəhvətinin qurbanı olub. Goal.az xəbər verir ki, portuqaliyalı oyunçunun “İnstagram” hesabından 18 yaşlı qızla intim mövzuda yazışmaları ortaya çıxıb.
Yazışmalarda 22 yaşlı yarımmüdafiəçi qızdan alt paltarında olan foto istəyib Sinem Ulusoy adlı İngiltərədə tələbə olan türk qız da bu yazışmaları paylaşıb. İstanbul klubunun azarkeşləri Sinemi saxtakarlıqda ittiham edib. Lakin Ulusoy paylaşımların doğru olduğunu sübut etmək üçün yazışmaları video şəklində də paylaşıb.