2 Fevral 2017 11:37
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm”.

Teleqraf.com xəbər verir ki, tanınmış aparıcı Vaqif Aydınoğlu bu haqda sosial şəbəkədə məlumat verib: “Əziz dostlarım və çox hörmətli jurnalist həmkarlarım, mənə ünvanladığınız çoxsaylı suallara qısaca açıqlama vermək məcburiyyətində qaldım. Mən öz işimin başındayam. İndiyədək olduğu kimi hazırda da ATV-nin İctimai-siyasi verilişlər departamentinin rəhbəri, Xəbərlər xidmətinin baş redaktoru və “Həftə sonu” analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm. Sadəcə olaraq, bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm. Bu iş kanalımızda yeni yaradılan ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinə yeni təyin olunan Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm, bundan sonra ATV ilə bağlı suallarınızı mənə yox, Turan bəyə ünvanlayasınız”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər