“Məhkəmənin olmasını çox istəyirəm. Gözləyirlər mən üzr istəyim, amma bu olmayacaq, mümkün deyil. Üzr istəməsəm də təzminatı ödəyəcəm. Məhkəmənin təzminatı nə qədər olacaqsa, həmin insanın həyatdakı qiyməti də o qədər olacaq. Məhkəməni beş gözlə gözləyirəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallı jurnalist Əfruzə Ağayevanın onu məhkəməyə verməsindən danışarkən deyib.
O, instaqram səhifəsinin bağlanmasına da münasibət bildirib: “Rahatam, əsəblərim sakitdir. Evdə dostlarımla rahat söhbət edə bilirəm”.
İdmançı “Xanım olduğu üçün güzəştə getməyi düşünmürsünüzmü?” sualına belə cavab verib: “İnsandır. Hörmətim var idi. Stilistlərdən birinin fotosunu paylaşmağım haqqında xəbər yazmışdı. O fotonu arıqlamaq istəyənlər üçün qoymuşdum. Ondan sonra sosial şəbəkədə paylaşım etdim və bəzi fikirlər yazdım.
Sonra mənə zəng etdi ki, təhqir etmisən. Dedim əcəb etmişəm. Məndən xəbərsiz nə isə qoyulsa, yenə biabır edəcəm. Kim olursa olsun, qadın, kişi – fərqi yoxdur. Peşman deyiləm”.
Kamil Zeynallı “Gülay xanım bu məsələdə hansı mövqeyi göstərir?” sualına cavabında bu sözləri deyib: “Məni sakitləşdirən Gülay xanımdır. O olmasaydı daha da səbrsiz olardım”.
Aylin