3 Mart 2017 14:36
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tuba Büyüküstün və Onur Saylak cütlüyü qəzetlərdən birinə 50 min TL (25 min manat) mənəvi təzminat davası açıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb cütlüyün boşanması və Tubanın Onura xəyanət etməsi ilə bağlı yayılan xəbərlər olub.

Cütlüyün məhkəməyə təqdim etdikləri sənəddə yazılıb: “Tuba Saylak Onur Saylağa xəyanət etməyib. Boşanmaq üçün də heç bir sənəd təqdim olunmayıb. Mülklərini də paylaşmaq barədə düşünmürlər”.

Cütlüyün bir tələbi də bundan sonra ailələri barədə həmin qəzetdə hər hansı materialın yayımlanmaması və indiyə qədər yayımlanan yalan xəbərlərin təkzib olunmasıdır.

Pərvin


Müəllif:

Oxşar xəbərlər