Məşhur aparıcı Esra Erol yeni fəaliyyətindən danışıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Esra Erol filmə çəkilmək istədiyini deyib:
"İndiyədək gələn təklifləri qəbul etmirdim. Hazırda filmə çəkilmək istəyirəm. Amma bu sahədə istedadımın olduğunu və nə dərəcədə bacaracağımı bilmirəm".
Esra Erol 10 ildir evlənmə verilişinin aparıcısıdır.
Xatırladaq ki, Türkiyə mətbuatında evlənmə verilişlərinin fəaliyyətinin dayanacağı bildirilib.
Rəqsanə