Teleqraf.com xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində müğənni Nadir Qafarzadə estetik əməliyyat etdirməsi haqqında yayılan şayiələrə münasibət bildirərkən deyib: “Səhnə adamıyam və heç kimin qınağından qorxmuram. 2004-cü ildə burnumu əməliyyat etdirmişəm. Kimsə buna yaxşı baxmırsa öz fikridir. Mən kiminsə həyatına qarışmıram və heç kim də mənim həyatıma qarışmasın”.
Artıq çəkidən xilas olan N.Qafarzadə arıqlamasından da danışıb: “88 kilo olmuşdum, 10 kilo itirdim. Daha çox meyvə-tərəvəzlə qidalanıram. Arıqlamağımla ziyana düşdüm, bütün paltarlarımı dərzidə düzəltdirdim”.
Rəqsanə