Teleqraf.com xəbər verir ki, Kənan tamaşaçılardan birinin xahişini yerinə yetirmək istəyib.
Bunun üçün o, milyonların qarşısında sevdiyi qıza evlənmək təklifi vermək istəyən gəncə səhnəni həvalə etmək üçün geri çəkilməyə çalışıb. Bu an səhnədəki boşluğa düşüb.
Onu izləməyə gələnlərdən tutmuş təhlükəsizlik xidmətinin əməkdaşlarına qədər hamının şoka düşdüyü o anın görüntüləri yayılıb.
Az sonra Kənan boşluqdan səslənərək: “Yaxşıyam, narahat olmayın” deyib.
Evlilik təklifinə hazırlaşan cütlük səhnədə ikinci plana keçib.