Bu barədə Teleqraf.com-a müğənninin prodüseri Anar Əliyev məlumat verib.
Sənətçinin yay ab-havalı konserti Bakıda dəniz kənarında yerləşən istirahət mərkəzlərindən birində baş tutacaq.
“Hər gün” adlanan konsert avqustun 11-də gerçəkləşəcək. Konsertdə Roza Zərgərlinin sənət dostlarından müğənni Yaşar Yusub, Abbas, Niyam Salami, Samira Allahverdi, Səidə Dadaşova, skripkaçı Səlim, meyxanaçılar İntiqam və Ehtiram, reper Elşad Xose və başqaları da iştirak edəcək. Müğənni artıq konsert üçün hazırlıqlara başlayıb. O, bu gün yeni fotosessiyasından şəkillər də paylaşıb.