Əməkdar artist Elza Seyidcahan dünən gəlini Xəyalənin ad günündən yazıb.
Teleqraf.com xəbər verir ki, müğənni oğlu Əkbərin həyat yoldaşı Xəyalənin fotolarını paylaşaraq onu belə təbrik edib:
“Ad günün mübarək, əziz Xəyaləmiz. Allahdan arzu edirəm ki, gələn doğum günündə sizi qucağınızda balalarınızla təbrik edim. Doğum günün mübarək!”
Qeyd edək ki, E.Seyidcahanın Gülşən adlı bir qız övladı da var.