Rəna Ağamuradovanın keçmiş sevgilisi mənim dostumun dostudur, münasibətlərimiz var. Rəna buna görə məndən incikdi, deyir ki, keçmiş sevgilimlə niyə dostluq edirsən… Əcəb eləyirəm. Mən prodüserəm, bizim işbirliyimiz ola bilər. Kimsə mənə deyə bilməz ki, filankəslə dostluq eləmə.
Bu sözləri prodüser Təranə Səmədova yayılan qalmaqallı videosu ilə bağlı Teleqraf.com-a açıqlamasında deyib. O, rəqqasə Rəna Ağamuradova ilə münasibətlərini bir neçə dəfə düzəltməyə çalışdığını, lakin cəhdlərinin hədər getdiyini bildirib:
"Dəfələrlə məclislərdə üz-üzə gəldik, mən böyüklük etməyə çalışdım. Hər dəfə zarafata salırdım. Amma bu qız kobud cavab verirdi. İndi başa düşdüm ki, şou-biznesdə istənilən iki qadın arasında davanı araşdırsan, kökündə kişi söhbəti dayandığını görərsən.
Bu qız danışığını bilmir. Dava edəndə elə əxlaqsız sözlər işlədir ki, gəl görəsən. Neçə dəfə demişəm ki, bu cür danışmaq üçün yeddi başın olmalıdır.
Brifinq zalında Rəna dönüb mənə söz atdı. Qayıtdı ki, sus, danışma… Mən də dedim ki, ağzımı nə vaxt açıb bağlayacağımı səndən soruşmayacam. Rəqqasəsən, mənə niyə ağalıq etməlisən? Mənə qayıtdı ki, içib sükan arxasında oturursan. “Alkaş”san. Bunu mənə demək olar? Yaxşı ki, məni sakitləşdirdilər. Çox pis şeylər ola bilərdi”.
Xatırladaq ki, yenicə çəkilişləri başlanan və ATV telekanalında yayımlanması nəzərdə tutulan “Top ulduzlar” telelayihəsinin iştirakçıları – prodüser Təranə Səmədova ilə rəqqasə Rəna Ağamuradova arasında çəkilişlər başlamamış, brifinq zamanı dava düşmüşdü. Həmin videodan olan görüntüləri təqdim edirik.