Bir il əvvəl üçüncü dəfə ailə qurub Londona köçmüş türkiyəli müğənni Nəz (Nəzihə Qalxan) əri Əyləm Sərvər Ünüvardan boşanmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, jurnalistlərə açıqlamasında müğənni Londondan Türkiyəyə 7 ay öncə döndüyünü deyib:
"Evliliyimiz alınmadı. Bir neçə günə qarşılılqı anlaşma əsasında rəsmən boşanacam.
Bir neçə dəfə ailə qurmağıma heç kəs dodaq büzməsin. Həftədə 3 sevgili dəyişən qadınlardan deyiləm".