Əməkdar artist Aygün Bəylər ailə quracağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, “Səhər-səhər” verilişinə qonaq olarkən şou üçün belə məlumat yaydığını iddia edib:
“Hamı şoka düşəcək. Ay camaat, Moskvada ayağım tutulmuşdu. Ora da hündürdaban ayaqqabı geyinmək istəmirdim. Dedim ki, məndə alınmır. Başımdakı kişi papağı ilə necə “kablok” geyinim? Gəşəng geyindim. Düşündüm ki, mənə yenə yığacaqlar ki, nə gözəlləşmisən? Dedim bu suallardansa, özüm nəsə deyim. Ayaqqabını geyindim, adını da qoydum ki, ərə gedirəm. Heç yerdə deməmişəm, amma bu xəbər partlayacaq.
Artıq utanırdım, ağsaqqalar təbrik edir. Deyirəm, fikir verməyin, şou-biznesə bu lazımdır. Layihə edən bir nəfər mənə dedi ki, bu xəbəri yay hamı yazacaq. Birinci bunu reklam elə. Amma layihə etsən, heç kim yazmayacaq. Dedim, inanmıram. Gopa basdım, əcəb etdim. Mənə yalvardılar ki, hələ söhbəti açmayım. Amma buna açıqlama vermək lazım idi”.
İfaçı gündəmi zəbt edən Röya Ayxan və Nigar Camal qalmaqalına da münasibət bildirib.
O, Röyanı tənqid edib. Müğənni Elgizin Röyanı tərifləməsinə etiraz edərək bu sözləri deyib:
“Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Nigarı Röyanın yanına qoysan, sənətdə onu sökər. Qorxmuram... Mən sənət üçün doğulmuşam. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən. Sənəti olmayanlardan danışırsan, xoşum gəlmir. Mən onun səsinə qulaq asa bilmirəm. İlk gələn vaxtlar məndən məsləhət aldı ki, sən bu sənətə tək gəlmisən, mən necə edim?
Çox söhbətlər var. Tədbirə çağırırlar, gedib oxuyur. Biz o vaxt tədbirdə sənətkarlar görəndə salam verməyə qorxurduq. Bunlar yox. Adamın varsa, ödül də alacaqsan. Başına papaq qoy, makiyajsız al bunu. Kimə görə sənətkardı? Buna görə oxumaqdan iyrənirəm. Röyadan qabaq gələnlər var. Mənim fikrim hamıdan artıq olmalıdır. Mən əziyyət çəkmişəm. Saç yapışdırıb, klip çəkib sənətə gələ bilməzsən”.
Aygün daha sonra "Sənəti olmayan yanında belə danış" deyib, efiri tərk edib. Daha sonra isə geri qayıdıb.