Türkiyənin tanınmış aktrisası Dəmət Şənər müğənni Dəmət Akalını tanımadığını sərgiləyib.
Teleqraf.com xəbər verir ki, illər öncə rəfiqəsi Dəmət Akalının sevgilisini əlindən alıb ailə quran Dəmət Şənər məkanların birində onunla qarşılaşıb. Jurnalistlərin bu mövzuda suallarını cavablandıran aktrisa keçmiş rəfiqəsini tanımadığı söyləyib.
"Rəfiqəm deyil, ona niyə salam verməliyəm ki? Mənim üçün önəmli biri deyil. Balaca yerdə yaşayırıq, hər kəslə qarşılaşa bilərik. 16 il keçib. Həyatda daha önəmli şeylər var. Bir gün varıq, bir gün yox. Qalanı boş şeydir".
Qeyd edək ki, Dəmət Şənərin bir müddət ailəli olub boşandığı İbrahim Qutulay rəfiqəsi Dəmət Akalının sevgilisi olub.