Tanınmış müğənnilər Dəmət Akalın və Nadidə Sultan Türkiyənin Ədliyyə Nazirliyində olublar.
Teleqraf.com xəbər verir ki, müğənnilər ədliyyə naziri Əbdülhəmid Gülün qəbuluna düşüblər.
Son günlər Adana və Antalyada azyaşlı uşaqların istismarı məsələsi cəmiyyətin bütün təbəqələrində etirazlara səbəb olub. Dəmət Akalın və Nadidə Sultan da bu etirazlara qoşulmaq üçün hətəkətə keçiblər. Ədliyyə nazirinə bu yolda əllərindən gələni etməyə hazır olduqlarını deyiblər.
Naziri ziyarət edənlər arasında Dəmət Akalının həyat yoldaşı Okan Kurt, müğənni Kürşad və yazar Sevda Türküsev də olub.
Görüşdən sonra Dəmət Akalın və Nadidə Sultan sosial şəbəkə hesablarında nazir Əbdülhəmid Güllə görüşləri haqda təəssuratlarını bölüşüblər.
Müğənnilər nazirə qəbul üçün təşəkkür ediblər.