8 Mart 2018 11:23
1 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı supermodel Adriana Lima türkiyəli sevgilisi Mətin Haradan uşaq gözləyir.

Teleqraf.com xəbər verir ki, ABŞ mediasının yaydığı məlumata görə, Adriana Lima 2 aylıq hamilədir.

Ancaq Mətin Hara və Adriana Lima bu haqda hələ heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, 5 ay öncə münasibət quran cütlüyün ayrıldığı haqda da xəbərlər yayılmışdı.

Mətin Hara Türkiyədə alternativ təbabətin nümayəndəsi kimi tanınıb. O, ağır xəstəlik keçirən insanların müalicə və reabilitasiyası ilə məşğul olub. 2007-ci ildə bir filmə çəkilib.

"Eşqin istilası" trilogiyasının birinci kitabı olan "Yol" əsəri 100 min tirajla satılaraq müəllifə böyük şöhrət qazandırıb.


Müəllif: Teleqraf.com