11 Avqust 2014 16:38
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə avtoşluq etdiyi bildirilən və videosu yayılan müğənni Kərim danışıb.

Kərim Abbasov bildirib ki, əslində hadisə 2 il bundan əvvəl baş verib. Müğənni maşının yüksək sürətlə hərəkət etdiyini təsdiqləsə də, avtoşluq etməsi barədə yayılan iddiaları qəbul etməyib.

“Həmin il mən maşını təzə almışdım. Bir az həvəsli idim. Həm də maşını sınaqdan çıxarmaq istəyirdim. Həmin vaxt yanımda bir işçim də oturmuşdu. Maşını yüksək sürətlə sürdüyüm vaxt o da telefonla məni çəkib. Onu işdən çıxartdığım üçün məndən intiqam almaq fikrinə düşüb və videonu paylaşıb”, - deyə müğənni bildirib.

Onun sözlərinə görə, yol polisi tərəfindən çağırılıb və izahatı alınıb. Müğənni heç vaxt yol qaydalarını pozmadığını deyib. Onun sözlərinə görə, həmişə sürətdən qaçıb. Başqalarına da sürətlə maşın sürməməyi tövsiyyə edən müğənni bir də sürət həddini aşmayacağını deyib.

Qeyd edək ki, müğənni Kərimin avtoşluğu əks olunmuş video sosial şəbəkələrdə paylaşılıb. Bundan sonra yol polisi araşdırmalara başlayıb.

/anspress/


Müəllif:

Oxşar xəbərlər